Angela Merkel Rəcəb Tayyib Ərdoğanla görüşəcək

Almaniya kansleri Angela Merkel mayın 23-də, bazar ertəsi günü İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.

494820
Angela Merkel  Rəcəb Tayyib Ərdoğanla görüşəcək

  Almaniya Hökumət sözçüsü Steffen Seibert Federal Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında Merkelin mayın 22-də, bazar günü, BMT Dünya Humanitar Sammitində iştirak etmək məqsədilə İstanbula gedəcəyini və sammit çərçivəsində prezident Ərdoğanla ikitərəfli görüş keçirəcəyi barədə məlumat verdi.
 
 Görüşdə qaçqınlarla bağlı məsələlərin müzakirə olunacağını bildirən Sei.bert, Merkelin Türkiyədə bəzi qeyri-hökumət təşkilatı nümayəndələri ilə də bir araya gələcəyini bildirdi.
 
 Seibert Merkelin Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrliyinə namizəd göstərilən Binalı Yıldırım ilə də görüşüb, görüşməyəcəyi verilən suala belə bir görüşün nəzərdə tutulmadığını qeyd etdi.
 
 Seibert Türkiyə Böyük Millət Məclisinin millət vəkili toxunulmazlığının ləğv olunması ilə bağlı qərarını necə qarşıladıqları sualına cavab olaraq: " Demokratiyanın sabitliyi üçün cəmiyyətdəki bütün qrupların parlamentdə təmsil edilməsi zəruridir. Bütün bunlar, böyük ehtimalla Baş Nazirin Beynəlxalq Humanitar Forum çərçivəsində Türkiyə Prezidenti ilə danışacağı məsələlər arasında yer alacaq"dedi.
 
 Türkiyə Böyük Millət Məclisinin qərarının Türkiyənin Aİ üzvlük səylərini təhlükəyə atıb- atmayacağı barəsində verilən sula Seibert Türkiyə ilə Aİ arasındakı müzakirələrin uzun zamandan bəri "nəticəsi açıq bir şəkildə" davam etdirildiyini vəkansler Merkelin hər zaman mövcud müqavilələrə sadiq qalacağını dediyini xatırlatdı, Aİ ölkələrinin mövqelərini Türkiyədəki proseslərin inkişafına görə müəyyən edəcəklərini dilə gətirdi.



Әlaqәli Xәbәrlәr