Şemdinlidә 4 әsgәr şәhid olub

Türkiyәnin Hakkari şәhәrinin  Şemdinli qәsәbәsindә hәrbi avtomobil  keçdiyi zaman kustar üsulla hazırlanan  partlayıcı qurğunun terror tәşkilatı PKK üzvü terrorçular tәrәfindәn partladılması nәticәsindә  4 әsgәr şәhid oldu.

493468

Hücum nәticәsindә 4-ü ağır olmaqla 9  әsgәr dә  yaralanıb.

Mardinin Nusaybin qәsәbәsindә isә  terror  təşkilat PKK  üzü terrorçuların tәşkil etdiyi  silahlı hücum nәticәsindә  bir әsgәr şәhid olub.

Digәr tәrәfdәn Mardin,Şırnak vә Hakkaridә  davam edәn әmәliyyatlar nәticәsindә PKK üzvü 12 terrorçu zәrәrsizlәşdirilib.

Mardinin Nusaybin qәsәbәsindә  bu günәdәk  terror tәşkilatı PKK-ya qarşı hәyata keçirilәn әmәliyyatlar nәticәsindә  385 terrorçu zәrәrsizlәşdirilib, 371 barrikada götürülüb vә 950 kustar üsulla hazırlanan partlayıcı mәhv edilib.

Әmәliyyatların davam etdiyi bölgәlәrә 1925 әrzaq paketi çatdırılıb.

Әlaqәli Xәbәrlәr