Türkiyədə əhalinin 16,4%-i gənclərdən ibarətdir

Araşdırmanın nəticələrinə görə, ötən il Türkiyə əhalisinin 16,4%-ni 15-24 yaş arası gənclər təşkil edib.

492540
Türkiyədə əhalinin 16,4%-i gənclərdən ibarətdir

 

Türkiyə Statistika Komitəsinin (TÜİK) "Statistikaya görə Gənclik-2015" araşdırmasının nəticələrinə görə, ötən il Türkiyə əhalisinin 16,4%-ni 15-24 yaş arası gənclər təşkil edib.

Ölkə daxilində gənc sayı 12 milyon 899 min 667 nəfərdir. Onlardan  51,2%-i kişi 48,8%-i isə qadınlardır. 

Gənc əhali ən çox Hakkaridə, ən az isə Muğladadır.

Statistika Komitəsinin məlumatına görə, 16-24 yaş arasındakı gənclərin internetdən istifadə nisbəti 2014-ci ildə 73% olub, 2015-ci ildə isə 77%-ə yüksəlib.

Gənc qadınların internetdən istifadə nisbəti 2015-ci ildə 5,7% artaraq 68,9%, gənc kişilərdə bu nisbət 85,1% olub.

Bundan başqa, 2014-ci ildə, gənclərin yalnız 61,2%-i özünü xoşbəxt hiss edib, 2015-ci ildə isə 63,8%-ə yüksəlib.

Xoşbəxtlik nisbəti 2015-ci ildə gənc kişilərdə 58, gənc qadınlarda isə 69,5% təşkil edib.

Gələcəyə ümid bəsləyən gənclər isə 83%-dir.



Әlaqәli Xәbәrlәr