Volkan Bozkır Avropa İttifaqına sәrt reaksiya göstәrib

Avropa İttifaqı üzrә nazir Volkan Bozkır  Aİ-nin   terrorla mübarizə qanununda dәyişiklik   edilmәsi ilә bağlı tələbinә  sərt reaksiya göstәrib.

489044
Volkan Bozkır Avropa İttifaqına sәrt reaksiya göstәrib

Avropa İttifaqı üzrә nazir Volkan Bozkır  Aİ-nin   terrorla mübarizə qanununda dәyişiklik   edilmәsi ilә bağlı tələbinә  sərt reaksiya göstәrib.

Bozkır: ‘‘450 şәhid verdiyimiz, terrorla mübarizә әmәliyyatlarının davam etdiyi vә terror aktlarının törәdildiyi bir zamanda  terrorla mübarizә qanununun Türkiyәdә müzakirә olunması  mümkün deyil’’ deyib.

Volkan Bozkır Fransanın Strazburq şәhәrindәki görüşlәri çәrçivәsindә Avropa Parlamentinin sәdri Martin  Schulz, Avropalı Mühafizәkarlar vә Reformçular qrupununsәdri Syed Kamall,  Sosialistlər və Demokratlar  İttifaqının sәdri  Gianni Pittella və AP Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok ilə görüşüb.

Schulzla  görüşdükdәn sonra  tәşkil edilәn birgә  mәtbuat konfransında çıxış edәn Bozkır  Türkiyәnin viza rejiminin aradan qaldırılması üçün  çox sәylәr göstәrdiyini vurğulayaraq: ‘‘Bu bir riyaziyyat problemi deyil. Bu bir siyasi  mәsәlәdir’’ deyib.

Terrorla mübarizә  qanununun dәyişmәsinin qәtiyyәn mümkün olmadığını  vurğulayan Bozkır: "Bizim terrorla mübarizə qanunumuz Avropa standartlarına da uyğundur" deyib.


Etiketlәr: #Volkan Bozkır

Әlaqәli Xәbәrlәr