Yalçın Akdoğan Qәrb ölkәlәrinә reaksiya göstәrib

Türkiyәnin Baş nazirinin müavini Yalçın Akdoğan  qapılarını qaçqınların üzünә bağlayan Qәrb ölkәlәrinә  reaksiya göstәrib.

487939
Yalçın Akdoğan Qәrb ölkәlәrinә reaksiya göstәrib

Türkiyәnin Baş nazirinin müavini Yalçın Akdoğan  qapılarını qaçqınların üzünә bağlayan Qәrb ölkәlәrinә  reaksiya göstәrib.

Yalçın Akdoğan  Türkiyәnin  Suriya mәsәlәsindәki  tәkliflәrini qulaqardına vuran   Avropanın  hazırda  köç dalğası ilә qarşı-qarşıya qaldığı üçün tәlaşa düşdüyünü deyib.

Son dövrdә  Türkiyә-Avropa İttifaqı münasibәtlәrinin irәlilәdiyini  vurğulayan Akdoğan Avropa  İttifaqıyla  miqrantlar  ilә bağlı  müzakirәlәrdә  bu hәftә konkret nәticәnin әldә olunmasını gözlәdiklәrini  dә  qeyd edib.

Avropanın miqrantlara qucaq açan  Türkiyәni tәriflәdiyini  qeyd edәn Yalçın Akdoğan miqrantlara qarşı eyni fәdakarlığı  Qәrb  ölkәlәrinin  etmәdiyini  bildirib.

Yalçın Akdoğan: "Hər şeyi  Türkiyədən gözləyirlәr.  Türkiyə  bu  fədakarlığı  vicdan borcu olaraq göstәrir. Onlar   dedilәr   deyə etmir. Amma gəlin bir ucundan da siz tutun" deyib.

 



Әlaqәli Xәbәrlәr