Türkiyǝ ilǝ Gürcüstan arasında yeni sǝrhǝd qapısı açılır

Türkiyəni Artvinin Hopa rayonundan Gürcüstana bağlayan Sarp sərhəd qapısı rekord qırır.

487153
Türkiyǝ  ilǝ  Gürcüstan arasında yeni sǝrhǝd qapısı açılır

Gündəlik 22 minə yaxınlaşan sərnişin giriş çıxışıyla Türkiyənin ən böyük quru sərhəd qapısı olan Sarp Sərhəd Qapısı, Türkiyənin Qafqaza və Orta Asiyaya açılan qapısıdır.

Buradan keçən vətəndaşların sayı ötən ilə müqayisǝdǝ  20% artaraq, gün ərzində 21 min 500 nəfərə çatıb.

Sarp Sərhəd qapısındakı sıxlığı azaltmaq üçün bölgədə yeni sərhəd qapısı açılması planlaşdırılır.

İki ölkə arasında Borçkada açılacaq Muratlı Sərhəd Qapısı ilə əlaqədar işlər davam edir.

 



Әlaqәli Xәbәrlәr