Ərdoğan: “DEAŞ-a qarşı mübarizǝsi davam edir”

Suriyada terror təşkilatı DAEŞ-a qarşı mübarizǝ etdiklǝrini irǝli sürǝnlǝrin heç biri təşkilata, Türkiyə qədər ağır zǝrbǝ endirǝ bilmǝyib.

486765
Ərdoğan: “DEAŞ-a qarşı mübarizǝsi davam edir”

Suriyada terror təşkilatı DAEŞ-a qarşı mübarizǝ etdiklǝrini irǝli sürǝnlǝrin heç biri təşkilata, Türkiyə qədər ağır zǝrbǝ endirǝ bilmǝyib. Bu da terrora qarşı mübarizǝdǝ Türkiyǝyǝ lazımlı dǝstǝyin verilmǝdiyini göstǝrir. Bunu prezident Rǝcǝb Tayyıb Ərdoğan deyib.

İstanbul Çǝkmǝköy Bələdiyyəsinin təşkil etdiyi “Ədalət və Mərhəmət” mövzulu Beynəlxalq Qısa Film Yarışmasının Mükafat mǝrasiminǝ qatılan prezident Rǝcǝb Tǝyyib Ərdoğan kino sevdalısı gǝnclǝri tǝbrik edib. Prezident tǝdbirdǝ etdiyi çıxışında, dünyanın bir küncündə günahsız insanların öldürüldüyünü, digǝr bir tǝrǝfindǝ isǝ ürəkləri ağrıdan bu hadisǝlǝrǝ laqeyd qalanların yalnız öz mǝnfǝǝtlǝri uğrunda sǝy edǝnlǝrin yaşadığına diqqǝt çǝkǝrǝk bildirib ki, “Zalim diktatorların, mərhəmətsiz terror təşkilatlarının təhdidindən qaçan biçarə uşaq və qadınlar, qarşılarında şəfqətlə açılmış qollar ǝvǝzinǝ üzlǝrinǝ bağlanan qapılar, hasarlar çǝkilmiş sərhədlərlǝ qarşılaşırlar. İnsanlıq, 6 ildir Suriyada cǝrǝyan edǝn hadisǝlǝr qarşısında, pis bir imtahan verir. Türkiyə könlünü, sərhədlərini məzlumlara və zərər çəkmiş insanlara açarkən, bir çox ölkǝnin atdığı ilk addım qapılarını bağlamaq olur. Bu tǝşǝbbüs isǝ onların mərhəmətsizliyinin, ədalətsizliklǝrinin, diktatorluqlarının, zalim olduqlarının göstǝricisidir. Türkiyǝnin məsələni  yerindǝ həll etmək, Suriyada etibarlı bölgə yaratmaq, insanları köç etməyə məcbur edən səbəbləri ortadan qaldırmaq təklifinǝ biganǝ qalmağı seçirlǝr” deyǝ vurğulayıb”.

BMT-dǝ yalnız xiristiyanların iştirakı ilǝ yaradılmış bir şuranın olduğuna diqqǝti çǝkǝn Ərdoğan; “ Bir  milyard 700 milyon müsəlmanın yaşadığı dünyada BMT-də heç bir müsəlman ölkənin söz səlahiyyəti, müǝyyǝn ediciliyi yoxdur. Biz bunu səsləndirməkdǝ davam edəcəyik. Söyləyə söyləyə, danışa-danışa, 5 ölkədǝn başqa 190 ölkənin təmsil  olunmasına  zǝmin yaradacayıq” deyǝ qeyd edib.



Әlaqәli Xәbәrlәr