Fərqli dövrlərə aid nadir əsərlər hərraca çıxarılacaq

Mayın 22-də Türkiyədə "Çukurcuma Auksion Evi"ndə 369 əsərdən ibarət  "Müxtəlif Əsərlər Hərracı" keçiriləcək.

485896
Fərqli dövrlərə aid nadir əsərlər hərraca çıxarılacaq


 Hərraca çıxarılan IXX əsrin əvvəllərinə aid fransız divanı 60 min lirəyə satışa təqdim olunacaq. Yarım oval forması ilə nadir bir dizayna malik olan divan taxta oymaları və qızılı işləmələri ilə diqqət çəkir.
 
 Hərracda 1422-ci il hicri tarixinə aid  kətəbəli (xəttatın imzası olduğu),  klassik tərzdə süslənmiş Hilyə-i Şərif 40 min lirə başlanğıc qiyməti ilə satışa çıxacaq.
 
 IXX əsr Misir Hidivini simvolu olan bir cüt gerb, Sovet İttifaqına aid döyüş gəmisindən çıxdığı təxmin edilən, 1950-ci  illərə aid mis lövhəcik, nadir tapılan gəmi ləvazimatları, bir çoxu 1900-cu illərin illərin əvvəlinə aid onlarca çap maşını və saat istehsalında istifadə edilən  xarrat  dəzgahları da hərracın diqqət çəkən əsərləri arasındadır.
 
 Edison Phonograph, Operaphone Gramafon, Minerva Aznavur zəmzəm dəsti, Topxana lülə, çek maşınları, tərəzilər, Osmanlı və Fransız mebelləri, kəşmir məhsulları, göz müayinəsi dəstləri, daş vallar, daş və poladdan sinilərin də olduğu bütün əsərlər "Çukurcuma Hərrac Evi"ndə  görünə biləcəklər.

 

 



Әlaqәli Xәbәrlәr