Türkiyə Böyük Millət Məclisində yeni qanun layihəsi qəbul edildi

İş rejiminə yeni dəyişikliklər olunacaq.

485139
Türkiyə Böyük Millət Məclisində yeni qanun layihəsi qəbul edildi

İş rejiminə yeni dəyişikliklər olunacaq.

Türkiyə Böyük Millət Məclisin ümumi iclasında sərbəst iş rejimini nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Layihəyə görə işəgötürənlə işçi arasında xüsusi məşğulluq şirkətləri vasitəsilə müvəqqəti iş təmin ediləcək.

Xəstəlik, əsgərlik, doğum kimi hallarda işəgötürən artıq müvəqqəti işçi çalıştıra biləcək.

Mövsümə görə əkinçilik və ya ev xidmətlərində müddət təyin edilməyəcək.

İş yerinə gəlmədən çalışmaq isə 6 ay müddətində olacaq, istisna hallarda 8 aya çatacaq.

Layihə çərçivəsində təxminən 4 milyon işçi qeydə alınacaq.

Əmək və Sosial Müdafiə naziri Süleyman Soylu işçi lehinə olan qanunun böyük diqqətlə hazırlandığını bildirib.

 



Әlaqәli Xәbәrlәr