Saros körfəzi sualtı gəzinti həvəskarlarının əsl məkanıdır

İstanbula yaxın olduğu üçün asanlıqla gəlinə bilən Saros körfəzinin 18 metr dərinliyində Çanaqqala sualtı muzeyi və 35 metr dərinliyində batmış gəmi də mövcuddur

485610
Saros körfəzi sualtı gəzinti həvəskarlarının əsl məkanıdır

  Egey dənizinin şimalında qərar tutan Saros körfəzi sualtı gəzinti həvəskarlarının əsl məkanıdır.

  Körfəz öz-özünü təmizləyən nadir dənizlərdən birinə malikdir. Bəzi bölgələri qumlu olduğundan bura təlimlər keçmək üçün də olduqca əlverişlidir.

  144 balıq növü, 78 dəniz bitkisi və 34 süngər (onurğasız heyvan) növünü özündə cəmləyən Saros körfəzinin son illər müxtəlif yerlərinə üzən həvəskar və professional dalğıclar bu sualtı zənginlikləri yaxından görür, əsrarəngiz gözəlliyə heyran olurlar.

  İstanbula yaxın olduğu üçün asanlıqla gəlinə bilən Saros körfəzinin 18 metr dərinliyində Çanaqqala sualtı muzeyi və 35 metr dərinliyində batmış gəmi də mövcuddur.



Әlaqәli Xәbәrlәr