Viza rejiminin ləğvi turist sayını artıracaq

Türk vətəndaşları üçün Avropa İttifaqına vizaların ləğv edilməsi həm Türkiyədən Avropaya gedən, həm də Avropadan Türkiyəyə gələn turist sayını artıracaq.

484403
Viza rejiminin ləğvi turist sayını artıracaq

Türk vətəndaşları üçün Avropa İttifaqına vizaların ləğv edilməsi həm Türkiyədən Avropaya gedən, həm də Avropadan Türkiyəyə gələn turist sayını artıracaq.

Türkiyə Otel Federasiyasının (TÜROFED) sədri Osman Ayık, Türk vətəndaşları üçün vizaların iyun ayının sonunda ləğv edilməsi ilə Türkiyənin Avropa İttifaqının parçası olmağa bir addım daha yaxınlaşacağını bildirib.

Osman Ayık, bunun Türkiyənin imicinə müsbət təsir edəcəyini, Avropadan Türkiyəyə olan orta və uzun müddətdli səyahətlərin sayının da artacağını vurğulayıb.

“Prontotour” Turizm Şirkəti İdarə heyətinin sədri Ali Onaran isə vizalar üçün  böyük məbləğdə bir ödəniş edildiyini, bu məbləğin 1 nəfər üçün təqribən 100 avro olduğunu bildirib.

İldə 1 milyona yaxın Şengen vizası verildiyini qeyd edən Ali Onaran, vizalar ləğv edildikdə hər il 100 milyon avronun Türkiyədən çıxmayacağını deyib. 


Etiketlәr: #viza rejimi , #turist

Әlaqәli Xәbәrlәr