"Çörək israfının qarşısının alınması" kampaniyası iqtisadiyyata 9 milyard lirə xeyir verdi

Türkiyənin Torpaq Məhsulları İdarəsinin (TMO) Baş direktor müavini Ünal "çörək israfının qarşısının alınması" kampaniyası ilə əlaqədar məlumat veridi.

484984
"Çörək israfının qarşısının alınması" kampaniyası iqtisadiyyata 9 milyard lirə xeyir verdi

 Ünal  təxminən 3 ildir davam etdirilən "çörək israfının qarşısının alınması" kampaniyası ilə iqtisadiyyata təxminən 9 milyard lirə xeyir verildiyini söylədi.
 
  Çörək israfı mövzusunda 2012-ci ildə aparılan araşdırmaya görə, Türkiyədə gündəlik 2,1 milyon ədəd çörəyin israf edildiyi, bunun da illik maddi qarşılığının1,6 milyard lirə olduğunun aşkar edildiyini bildirən Ünal, 2013-cü ildə sosial məsuliyyət layihəsi olan "çörək israfının qarşısının alınması" kampaniyasının başlanıldığını qeyd etdi.
 
 Bu müddət ərzində xalqın çörək istehlakının də 10% azaldığını qeyd edən edən Ünal: " Çörək məsrəfindən illik 300 milyon lirə, çörək istehlakının azalmasından da 2,5 milyard lirə qənaət əldə edildi. Bir ilin sonunda bunun milli iqtisadiyyata töhfəsi cəmi 2,8 milyard lirə oldu" dedi.
 
Onuncu İnkişaf Planında "çörək israfının qarşısının alınması" kampaniyasının 2018-ci ilin sonuna qədər davam etməsinin planlaşdırıldığını bildirən Ünal: " Bu ana qədər təxminən 3 ildir keçirdiyimiz bu kampaniya ilə milli iqtisadiyyata xidmətimizin təxminən 9 milyard lirə ətrafında olduğunu düşünürük"dedi.



Әlaqәli Xәbәrlәr