Mehmet Şimşək  Beynəlxalq Sarayevo Biznes Forumunda iştirak edəcək

Balkanlardakı iqtisadi proseslər Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda müzakirə olunacaq.

483653
Mehmet Şimşək  Beynəlxalq Sarayevo Biznes Forumunda iştirak edəcək

  Beynəlxalq Sarayevo Biznes Forumunda Türkiyəni Baş nazir müavini Mehmet Şimşək təmsil edəcək.

Toplantıda Balkanların sənaye potensialının inkişaf etdirilməsi müzakirə ediləcək.

  Biznes Forumunda keçiriləcək panellərdə bölgənin iqtisadi dəhlizlərlə bağlanması, Yaxın Şərq və Avropaya  yeni pəncərənin açılması kimi məsələlər dəyərləndiriləcək.

  İclasda başda enerji, kənd təsərrüfatı və turizm olmaqla  sektorlara görə qiymətləndirmələr aparılacaq.

  Türkiyənin baş nazirinin müavini Sarayevoda Bosniya Və Herseqovinanın Prezident Şurasının sədri Bakir İzetbeqoviç Nazirlər Şurasının Sədri Denis Zvizdiç ilə bir araya gələcək.

  Forumda TRT də "Qlobal Strateji Media Tərəfdaşı" kimi iştirak edəcək.

 

 

 



Әlaqәli Xәbәrlәr