Vizanın ləğv edilməsi haqqında qərar “Resmi Gazete”də dərc edildi

Türkiyənin Avropa İttifaqı üzvü olan ölkələrin vətəndaşlarına tətbiq etdiyi vizanın ləğv edilməsi haqqında qərar “Resmi Gazete”də dərc olunub.

483147

Qərar Nazirlər Kabineti tərəfindən qəbul olunmuşdu.  

Qərar Aİ-nın Türk vətəndaşları üçün Şengen bölgəsində viza rejimini ləğv edəcəyi gün qüvvəyə minəcək.

Miqrant böhranında dəstəyini istəyən Türkiyə Aİ ilə Türk vətəndaşlarına viza ləğvi məsələsində mart ayında razılığa gəlmişdi.

Lakin Aİ, Türkiyəyə təqdim etdiyi 72 maddəlik şərtlərin yerinə yetirilməsini istəyir.

Aİ üzrə nazir Volkan Bozkır məsələ ilə bağlı şərtlərin bu həftə tamamlanacağını söyləmişdi.

Qeyd edək ki, Türkiyə-Avropa İttifaqı viza  sazişi bütün Aİ ölkələrini əhatə etmir. Danimarka, İngiltərə və İrlandiya razılaşmaya daxil deyil. 

Әlaqәli Xәbәrlәr