Binali Yıldırım, İsveçli nazirlǝ görüşüb

Nəqliyyat, Dənizçilik və İnformasiya naziri Binali Yıldırım, Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyünǝ İsveçin güçlü dǝstǝyinin olduğunu bildirib.

483521
Binali Yıldırım, İsveçli  nazirlǝ  görüşüb

Bu dǝstǝyin İyun ayının sonuna qədər viza rejiminin lǝğv edilmǝsinin tǝminin üçün dǝ davam edǝcǝyinǝ inandığını qeyd edib.

Nazir Yıldırım, Türkiyǝdǝ sǝfǝrdǝ olan İsveçin Sahibkarlıq və İnnovasiya üzrǝ naziri Mikael Damberg vǝ müşaiyǝtindǝki nümayǝndǝ heyǝtini qǝbul edib. Yıldırım, danışıqlar zamanı Türkiyə və İsveç arasında güçlü ǝlaqǝlǝrin olduğunu, bunu irǝli pillǝlǝrǝ qaldırmaq üçün lazımlı addımların atılacağını qeyd edib. İki ölkǝ arasında xüsusilə informasiya, e-dövlət xidmətləri və kiber təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını dǝyǝrlǝndirǝcǝklǝrini ifadǝ edǝn Yıldırım, havaçılıq sahǝsindǝ dǝ ǝlaqǝlirin sürǝtlǝ inkişaf etmǝkdǝ olduğunu vurğulayıb.

Türkiyənin Aİ-na tam hüquqlu üzvlüyü mövzusunda İsveçin güçlü vǝ tǝqdirǝ şayan fǝaliyyǝtlirinin olduğunu deyǝn nazir iyun ayının sonuna qədər viza rejiminin lǝğvi mövzusunda da güçlü dayağının davam edǝcǝyinǝ ǝminliyini ifadǝ edǝb.

Qonaq nazir Damberg də iki ölkə arasında güclü münasibǝt vǝ əhəmiyyətli əməkdaşlıq olduğuna diqqət çəkərək, “İnvestisiya və iqtisadi ǝmǝkdaşlıq sahəsində körpü vəzifəsi görməsi baxımından bu bağlar əhəmiyyətlidir. Bu münasibǝtlǝr irəliyə yönǝlik məşğulluğun artmasında da güçlü tǝsir  edǝcǝk. Investisiyaların daimi olması əhəmiyyət  kǝsb edir. Bu çərçivədə İsveçli firmalar ilə Türkiyə arasında çox güçlü ǝmǝkdaşlığa hazırıq” deyǝ bildirib.

 



Әlaqәli Xәbәrlәr