N. Kurtulmuş Bəyoğlu söhbətlərinin qonağı olub

Baş nazirin müavini Numan Kurtulmuş  İstanbulda Bəyoğlu Bələdiyyəsinin təşkil etdiyi Bəyoğlu söhbətlərinin qonağı olub.

479834
N. Kurtulmuş Bəyoğlu söhbətlərinin qonağı olub

Çıxışına Bursadakı terror hücumu ilə başlayan Baş nazirin müavini bundan əvvəlki İstanbul, Ankara terror aktlarını xatırladaraq İslamın sülh dəyərlərini ayaqlar altına alan bəzi təşkilatların mövcud olmasına təəssüf edib və islamın adından istifadə edərək ortaya çıxan terror təşkilatlarına qarşı mübarizədə ən böyük məsuliyyətin də məhz müsəlman dünyası üzərinə düşdüyünü söyləyib.

Getdikcə artan İslam əleyhdarlığı və İslamafobiyanı  son dərəcə mükəmməl idarə edən bir sıra qaranlıq qüvvələrin fürsətdən istifadə edərək  törətdiyi əməllərin qurbanının günahsız, dinc sakinlər olduğunu deyən Numan Kutulmuş bu qüvvələrlə mübarizədə müsəlman dünyasını birgə fəaliyyətə  səsləyib.



Әlaqәli Xәbәrlәr