Suriyalı miqrantların bir qrupu Türkiyәyә göndәrilib

Türkiyә ilә Avropa İttifaqı arasında әldә olunan müqavilә çәrçivәsindә  ilk  Suriyalı qrup  Yunanıstanın Lesbos  adasından  tәyyarә ilә  Türkiyәyә göndәrilib.

479569
Suriyalı miqrantların bir qrupu Türkiyәyә göndәrilib

Aralarında 2 uşaq vә 4 qadının olduğu  12 nәfәr   razılaşmaya әsasәn  Türkiyәnin Adana şәhәrindә  yerlәşәn qaçqın düşәrgәlәrinә göndәrilәcәk.

Aİ sәrhәd agentliyi Frontexin sözcüsü  Eva Monkure miqrantların Türkiyәyә  geri  qayıtmaq istәdiklәrini  qeyd edib.

Tәyyarәdә Forex agentliyinә bağlı polislәr ilә yanaşı  5 Türk polisinin dә olduğu bildirilib.

Qeyd edәk ki,  Suriya  vәtәndaşı olmayan  qaçqınlar isә  dәniz yolu ilә Türkiyәdәki mәrkәzlәrә  göndәrilir.



Әlaqәli Xәbәrlәr