Sabitliyin simvolu TAF
Türk-Әrǝb İqtisadi Forumu sabah İstanbulda keçirilǝcǝk.
![Sabitliyin simvolu TAF](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/f2ed/9648/ff3d/57207e45cf49c.jpg?time=1719146119)
Türkiyǝ Ticarǝt vǝ Birjalar Palatasının açıqlamasına ǝsasǝn “Türk-Әrǝb İqtisadi Forumu 2016”da (TAF) qonaq ölkǝ Qǝtǝr başda olmaqla Türkiyǝ vǝ Әrǝb ölkǝlǝrindǝn yüksǝk sǝviyyǝli 500 nümayǝndǝ iştirak edǝcǝk.
Forumda Türk-Әrǝb iqtisadi ǝlaqǝlǝrindǝ son 10 il dǝyǝrlǝndirilǝcǝk, hǝmçinin gǝlǝcǝk 10 illǝ ǝlaqǝli hǝdǝflǝrdǝn danışılacaq.
Forum zamanı bank işlǝri, maliyyǝ, enerji vǝ podratçılıqla bağlı mövzular müzakirǝ olunacaq, sǝrmayǝ qoyuluşlarına dair tǝcrübǝlǝr vǝ gǝlǝcǝkdǝ hǝyata keçirilǝcǝk layihǝlǝr gündǝmǝ gǝtirilǝcǝk.
2005-ci ildǝn bǝridir hǝr il keçirilǝn vǝ indiyǝdǝk 8 baş nazir, 72 nazir, 635 firma vǝ 5 mindǝn artıq iştirakçını bir araya gǝtirǝn TAF bölgǝnin fövqǝladǝ şǝrtlǝrinǝ baxmayaraq ǝldǝ etdiyi davamlılıq xüsusiyyǝtilǝ sabitliyin simvolu kimi tanınır.
Әlaqәli Xәbәrlәr
![“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/d70c/b012/6827/6675746308657.jpg?time=1719146120)
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
![“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi](http://cdn.trt.net.tr/images/medium/rectangle/cb09/0bb8/be30/667528251ad6f.jpg?time=1719146120)
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...