Türkiyə DEAŞ-a məxsus raket başlığını vurdu

Türk topçuları Suriyada yerləşən, terror təşkilatı DEAŞ-a məıxsus raket başlıqlarını fırtına mərmiləri  ilə məhv etdi, 8 terrorçu zərərsizləşdirildi.

477918
Türkiyə DEAŞ-a məxsus raket başlığını vurdu

 Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, pilotsuz uçan aparatlar Suriya tərəfində, Kilisə 21, sərhədə isə 6 kilometr məsafədə olan, Hələbin şimalında yerləşən Cakkada terror təşkilatı DEAŞ-a aid  bir raket başlığı təsbit etdilər və  raketin Türkiyə istiqamətində atəşə hazırlandığını müəyyənləşdirdilər.
 
Pilotsuz uçan aparatların  müəyyənləşdirdiyi koordinatlara fırtına mərmiləri ilə intensiv atəş açıldı. Raket başlığı məhv edildi, 8 terrorçu zərərsizləşdirildi.
 
 Türkiyənin özünümüdafiə hüququndan istifadə edərək, terror təşkilatı DEAŞ-ın Suriyadakı hədəflərinə qurudan etdiyi atəşlər nəticəsində bu günə qədər 370 terrorçu öldü.
 
 Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, yanvarın 9-dan etibarən  DEAŞ-ın Suriya tərfindənTürkiyə ərazisinə müxtəlif silahlardan atılan atəşlərə 5 min 330 dəfə cavab atəşi açılıb.
 
 Bu atəşlər nəticəsində DEAŞ terror təşkilatına aid çox sayda hərbi mövqe, sığınacaq və qərargah olaraq istifadə edilən binalar məhv edilib.
 
 Eyni tarixdən etibarən təşkilata qarşı koalisiya qüvvələri tərəfindən 167 hava hərəkatı təşkil olunub.
 
 Bu hərəkatlarda da 492 terrorçunun öldüyü müəyyənləşdirilib.



Әlaqәli Xәbәrlәr