M. Şimşək: “Aİ-na üzvlük sərbəst ticarətdən ibarət deyil”

Baş nazirin müavini Mehmet Şimşək Türkiyənin Avropa ittifaqına tam üzvlüyü üçün ədalətli yanaşma gözlədiklərini söyləyib.

477748
M. Şimşək: “Aİ-na üzvlük sərbəst ticarətdən ibarət deyil”

İstanbulda təşkil edilən Türkiyə - Avropa İttifaqı Ali Səviyyəli İqtisadi Dialoq yığıncağına qatılan Şimşək “Türkiyə islahatlar nöqtəsində üzərinə düşəni etməyə hazırdır” mesajını verib.

O, Türkiyənin Aİ-na tam üzvlüyü sayəsində islamla digər mədəniyyətlər arasında güclü bir dialoqun və sülhsevər şəkildə birgəyaşayışın əhəmiyyətli modelinin həyata keçirilmiş olacağına diqqət çəkib.

Mədəniyyətlər arasında bəzi boşluqların olduğunu vurğulayan baş nazirin müavini problemlərin həllini  dialoq, birgəyaşayış, qarşılıqlı hörmət və sevgi ilə aradan qaldırmaqda görüb. Türkiyənin Aİ-na üzvlüyünün yalnız sərbəst ticarət məsələsi olmadığını vurğulayıb və Türkiyənin üzərinə düşəni etməyə hazır olduğunu söyləyib.

 

 



Әlaqәli Xәbәrlәr