Qıbrıslı türk iş adamı Asil Nadir Türkiyəyə qaytarılıb

Məhkum Silivri həbsxanasına aparılıb.

475710
Qıbrıslı türk iş adamı Asil Nadir Türkiyəyə qaytarılıb

Sahibi olduğu Polly Peck şirkətinin vəsaitini mənimsəməkdə günahlandırılaraq 2011-ci ildə İngilis Old Bailey Ağır Cinayətlər üzrə Məhkəməsi tərəfindən 10 il həbs cəzasına məhkum edilən 74 yaşlı Qıbrıs əslli türk iş adamı Asil Nadirin cəzasının geri qalan hissəsini Türkiyədə çəkmə tələbini İngiltərə rəhbərliyi qəbul edib. İş adamı axşam saatlarında təyyarə ilə Londondan İstanbula gətirilib. Məhkum lazımı prosedurlardan sonra Silivri həbsxanasına aparılıb.



Әlaqәli Xәbәrlәr