İzmir körfǝzinin iki sahili birlǝşdi

Dövlǝt başçısı Әrdoğan İstanbul-Bursa-İzmir avtomobil yolu layihǝsinin ǝn böyük hissǝsini tǝşkil edǝn körpünün adının “Osman Qazi Körpüsü" olacağını açıqlayıb.

475711
İzmir körfǝzinin iki sahili birlǝşdi

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, Baş nazir Әhmǝd Davudoğlu ilǝ Nǝqliyyat, Dǝnizçilik vǝ Telekommunikasiya naziri Binǝli Yıldırım “İzmit Körfǝz Keçidi Açılan Körpü"nün son hissǝsini quraşdırıb.

Dövlǝt başçısı Әrdoğan İstanbul-Bursa-İzmir avtomobil yolu layihǝsinin ǝn böyük hissǝsini tǝşkil edǝn körpünün adının “Osman Qazi Körpüsü" olacağını açıqlayıb.

Әrdoğan körpünün davamı olan avtomobil yolu layihǝsinin 9 milyard dollara başa gǝlǝcǝyini bildirǝrǝk, cari ildǝ 20 kilometrlik İzmir-Kamalpaşa hissǝsi dǝ başa çatacaq yolun tamamilǝ 2018-ci ildǝ xidmǝtǝ açılacağını vurğulayıb.

Hǝmin avtomobil yolu layihǝsi Türkiyǝnin 2023-cü il üçün nǝzǝrǝ alınan layihǝlǝri daxilindǝ tamamlanan ilk layihǝlǝrdǝn biridir.

Gǝlǝcǝk ay xidmǝtǝ açılacaq körpünün uzunluğu 2 min 682, hündürlüyü 252, eni isǝ 36 metrdir.

Körpü üzǝrindǝn İstanbuldan Bursa şǝhǝrinǝ 45 dǝqiqǝdǝ getmǝk mümkün olacaq.

Körpü üzǝrindǝki iki qüllǝ arasındakı mǝsafǝ 1550 metrdir. Bu xüsusiyyǝtinǝ görǝ körpü dünyada dördüncü, Avropada isǝ ikinci böyük körpü olma xüsusiyyǝtinǝ malikdir. Maşınla sadǝcǝ 6 dǝqiqǝlik bir mǝsafǝdir.

Avtomobil yolu layihǝsinin digǝr hissǝsi olan Bursa-İzmir tuneli dǝ Dövlǝt başçısı Әrdoğan tǝrǝfindǝn xidmǝtǝ açılıb.



Әlaqәli Xәbәrlәr