ASELSAN ilǝ DEFENSE TECH arasında saziş imzalanıb

Hǝrbi elektronik sǝnaye şirkǝti (ASELSAN) ilǝ Malayziyada yerlǝşǝn K DEFENSE TECH firması arasında əməkdaşlıq sazişi imzalanıb.

475417
ASELSAN ilǝ DEFENSE TECH arasında saziş imzalanıb

Türkiyǝnin müdafiə nazirinin müavini Şuay Alpay, Türk Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin baş direktörü Orhan Akbaş ilǝ Malayziya Müdafiə Nazirliyinin müşaviri Wan Mohd Aşraf Wan Sallehin iştirak etdiyi imza mərasimdə, ǝmǝkdaşlıq sazişinǝ ASELSAN-ı təmsil edǝn baş direktör Faiq Eken və Müdafiə Sistem Texnologiyaları Sektor Başçısı Mustafa Kaval ilə K DEFENSE TECH-in İdarəçisi Zülkifl Abdullah vǝ firmanın Direktoru Mazli Yahya imzalayıb.

Sazişǝ görə, ASELSAN və K DEFENSETECH, uzaqdan kontrollü stabil Silah Sistemləri mövzusunda, Malayziya və digər bölgə ölkələrinin ehtiyaclarını tǝmin edǝcǝk bir şirkət qurulmasına dair danışıqlara başlayacaq. Yaradılması planlanan şirkǝt Malaziyada yerlǝşǝcǝk.

Sazişlǝ nǝzǝrdǝ tutulan nǝticǝnin hasil olması halında, ǝmǝkdaşlıq digǝr mǝhsulları da ǝhatǝ edǝcǝk şǝkildǝ genişlǝdilǝcǝk.


Әlaqәli Xәbәrlәr