Əhməd Davudoğlu sərt cavab verdi

Türkiyənin Baş naziri Əhməd Davudoğlu antiterror əməliyyatlarının hər bir Türk vətəndaşı özünü təhlükəsizlikdə hiss edənədək davam edəcəyini dedi..

474139
Əhməd Davudoğlu sərt cavab verdi

Davudoğlu Avropa Şurası Parlament Asambleyasında ona yönləndirilən sualları cavablandırdı.

Baş nazir Xalqların Demokratik Partiyasından millət vəkili Ərtoğrul Kürkçünün Türkiyənin cənub-şərqində terror təşkilatı PKK-ya qarşı əməliyyatlarla bağlı sualına və bu sualı ingilis dilində səsləndirməsinə sərt reaksiya verdi.

Kürkçünün Avropa Şurasında işçi dilinin Türk dili olaraq müəyyən edildiyi haldaTürkiyənin Baş nazirinə Türk dilində xitab etməsinin daha uyğun olacağını vurğulayan Davudoğlu, dövlətlərin vətəndaşları qarşısında vəzifələri olduğunu xatırlatdı.

Baş nazir: "İstər DEAŞ, istər PKK, istərsə də DHKP-C olsun, kim olursa olsun. Əgər küçələrə mina çəkərsə, əgər damlara snayperlər yerləşdirərsə, əgər bomba yüklü maşınlarla vətəndaşlarımın üzərinə hücum edərsə onu dayandırmaq mənim əsas vəzifəmdir və bu mübarizə siz istəsəniz də, istəməsəniz də, Türkiyə Respublikasının hər bir vətəndaşı özünü təhlükəsizlikdə hiss edənə qədər davam edəcəkdir" deyə cavab verdi.



Әlaqәli Xәbәrlәr