Turqut Özal üçün anım mǝrasimi tǝşkil edilib

Türkiyǝ cümhuriyyǝtinin Səkkizinci prezidenti Turqut Özal, vǝfatının 23-cü il döümündǝ anılıb.

472557
Turqut Özal üçün anım mǝrasimi  tǝşkil edilib


İstanbul Topkapıdaki Abidə Mǝzarı başında təşkil edilən mərasimə, Turqut Özalın həyat yoldaşı Sǝmra Özal, Oğulları Əhməd və Əfǝ Özal, Prezident aparatının baş katibi Fəxri Qasırğa, İstanbul valisi Vasip Şahin bəzi keçmiş nazirlər ilə vətəndaşlar qatılıb.

Mǝrasimdǝ mǝrhum Özalın şǝcǝrǝsi oxunduqdan sonra məzara çələng qoyulub bir dǝqiqǝlik sükut olub.

Prezident Rəcəb Tayyib Ərdoğan da, Turqut Özalın ölüm ildönümü münasibǝtiylǝ yayımladığı mesajında “Türkiyə Respublikasının 8-ci dövlǝt başçısı Turqut Özalın, ölkəmizin inkişafı uğrunda atdığı addımlar, demokratikləşmə və inkişaf prosesində iz buraxan xidmətləri millətimizin təqdirini qazanmışdır, Ölkəmizin inkişafı və irəliləməsində qabaqcıl rol oynamış olan mǝrhum millətimizin ürǝyindǝ taxt qurmuşdur" deyib.



Әlaqәli Xәbәrlәr