Necə Birlik ola bilərik?

Türkiyə Prezident Aparatı (Cmhurbaşkanlığı) sözçüsü İbrahim Kalının məqaləsi

472238
Necə Birlik ola bilərik?

1969-cu ildə qurulan İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra dünyada ən böyük hökumətlərarası təşkilat, müsəlman ölkələrinin siyasi, iqtisadi və mədəni problemlərinin müzakirə edildiyi böyük platformadır.

14-15 aprel tarixlərində Türkiyənin başçılığı ilə qarşıdakı 2 il üçün strateji, iqtisadi və mədəni planlar qurmaq niyyətilə İstanbulda 13-cü İslam Əməkdaşlıq Təşkilatı Zirvə Toplantısı keçirildi. İslam liderlərinin gündəmi Ədalət və Sülh üçün Birlik və Həmrəylik mövzusu idi. Bu başlıq müsəlman dünyasının bu gün üz-üzə qaldığı problemləri əhatə edir, həm də üzv ölkələrin qarşısında duran fürsətlərlə əlaqədar ipucu verir.

Sammitin gündəliyində məsələ bu olsa da, kilid rolunu oynayırdı. Çünki millətlər arasında birlik və həmrəylik olmadan sülh və ədalət də ola bilməz. Bugünkü narahatlıqları aradan qaldırmaq və gerçək potensialı dəyərləndirmək üçün ayrı-ayrı müsəlman dövlətləri bütöv ortaq maraqları nəzərə alan bir qrup yaratmalıdır. Bunu söyləmək etməkdən asandır. Maraqların hər kəsə xidmət etdiyi və eyni zamanda, qrup üzvlərinin hər birinin narahatlıq və prioritetlərinə digərinin həmdəm olacağı şəkildə xitab edilən bir vəziyyət yaratmaq əslində çox çətin bir işdir.

Bu problemlər əslində BMT və Aİ kimi digər beynəlxalq təşkilatların da üz-üzə gəldiyi problemlərlə eynidir. Hər bir üzv öz məsələlərinə və narahatlıqlarına prioritet qazandıracaq bir platforma sərgiləmək istəyir.

İslam Əməkdaşlıq Təşkilatının Fələstin məsələsi, müsəlman azlıqlar, üzvlərarası ticarət və İslamfobiya kimi ortaq mövzuları var. Ancaq buna baxmayaraq, bu məsələləri necə təqdim etmək və çözmək barəsində fikir ayrılıqları var. Buna görə üzv ölkələrin bir-birilə lobbi fəaliyyətləri olmalıdır. Burada tək-tək üzvlərin maraqlarını həmrəylik mənafeyi naminə istiqamətləndirmək lazımdır. Bu zaman birlik və həmrəylik böyük əhəmiyyət qazanar.

Barış və ədalət təkcə bugünkü müsəlman dünyası üçün kilid rolunu oynamır, həm də İslam inanc və ənənəsinin kökünün bir parçasıdır. Allahın gözəl adlarından ikisi "sülh" (as-salam) və "ədalət"dir (al-ədalətli). "İslam" sözü də bu kökdən gəlir, "slim" sülh deməkdir. Anlamı sülh olan bir dinin müasir dünyada şiddət və terrorizmlə əlaqələndirilməsi çox ironik bir vəziyyətdir. Təəssüf ki, din adından özlərini havaya uçuranlar, şiddət və terror törətməyi qanuniləşdirmək üçün “ədalət uğrunda" savaşdıqlarını iddia edənlər də barış və ədalət adından istifadə edir və bu sözlərə işgəncə edirlər.

İlahi həqiqətin bünövrəsi olan sülh və ədalət həyat nizamınn təməlini meydana gətirir.

Gerçək budur ki, ədalət olmadan sülh olmur. Heç bir sülh doğru və ədalətli bir təməli olmadan gerçək və daimi hala gələ bilmir. Barış cəhdlərinin çoxu uğursuzluqla nəticələnir, çünki ədalət və haqq ünsürlərindən məhrumdurlar. Bu baxımdan Fələstin və Yaxın Şərq sülh prosesi bir nümunədir.

Birlik və həmrəyliyi bir-birini tamamlamalıdır. Birlik üçün örnək olmaq məcburiyyətində deyilik. Birlik olmaq bütün məsələlərdə şablon bir eyniliyi təlqin etmək deyil, əksinə, fərqli ünsürləri qorumaqdır. Müsəlman alimləri əsrlər boyu "müxtəliflik içində birlik" anlayışının qəbul olunmasını təlqin etmişlər. Bu təməl həqiqətdir və biz bu həqiqət vasitəsiylə birliyimizi dəyərləndirərkən, eyni zamanda, həm fərd, həm də qrup olaraq bizi zənginləşdirən unikal xüsusiyyətlərimizi qoruya bilərik.

13-cü İslam Əməkdaşlıq Təşkilatı Zirvə Toplantısında müzakirə olunan problemlər siyahısı hal-hazırda çox iddialı bir gündəmi əhatə edirdi. Ancaq hər problem də özlüyündə mühüm olmaqla bərabər "müxtəliflik içində birlik" anlayışını daşıyırdı.

DAEŞ, Əl-Qaidə, Əl-Şəbab, PKK və digərlərinin liderliyindəki terrorun qırmancı hər kəsdən çox müsəlmanlara dəyir, buna görə də müsəlman ölkələr öz aralarında daha sıx əməkdaşlığa və kəşfiyyat paylaşmasına gedilməsini tələb edir.

Terrorçuları öldürmək kafi deyil. Müsəlman dinini ifrata vardıran radikallaşma dalğasını dayandırmaq üçün daha çox şey etməliyik. Liderlər gənclər həqiqətlə olan bağlarını itirmədən onların ağlını və ürəyini qazanmaq məcburiyyətindədir.

Məzhəbçilik müsəlman dünyasında ədalət və birliyin altını oyan və nifrət yaradaraq bölünməyə gətirib çıxaran problemdir. Sünni və şiə müsəlmanlar arasında aktual gərginlik əslində təkcə din və ya məzhəblə bağlı deyil, daha çox sıravi müsəlmanların sonu gəlməyən bir günahlandırma, dəyərsizləşdirmə, ittiham etmə kimi dövlət rəqabəti və güc savaşlarıyla əlaqədardır.

İran, İraq və Livandan Səudiyyə Ərəbistanı, Küveyt və Pakistana qədər bütün müsəlman ölkələr sonu olmayan bu yollardan xilas olmaq istəyir. Sünni və ya şiə olmazdan əvvəl biz hamımız bir müsəlmanıq: eyni Qurana inanırıq, eyni peyğəmbərin yolu ilə gedirik və eyni qibləyə üz tuturuq, bunu unutmamalıyıq.

İstanbulda 13-cü İslam Əməkdaşlıq Təşkilatı Zirvə Toplantısında zəif dövlətlər, yoxsulluq, gənc işsizliyi, ekoloji təhlükələr, qaydasız şəhərləşmə, bərabər imkanlar yoxluğu, qadına qarşı şiddət, təhsil, humanitar yardım və mikro-maliyyələşdirmə kimi mövzular da müzakirə edildi. Bunlar incə məsələlər və bir gün içində həll ediləsi problemlər deyil. Ancaq eyni fikirdə olmaq, problemsiz razılaşmaya varmaq, sadiq qalacağımız güclü bir birlik qurmaq və həmrəylik içində müsəlman dünyası üçün yeni imkanlar yaratmaqla hər şeyə nail ola bilərik. Bununçün öncə öz ruhumuzda, sonra cəmiyyətimizdə, millətlərimiz arasında və bölgələrimizdə sülh və ədaləti təmin etmək üçün bu gün qarşı-qarşıya qaldığımız problemlərin öhdəsindən gəlməliyik.



Әlaqәli Xәbәrlәr