Mehmet Şimşək Vaşingtondadır

Türkiyənin Baş nazirinin iqtisadiyyat üzrə müavini Mehmet Şimşək Türkiyənin böyümə proqnozu yuxarı çəkilən nadir ölkələrdən biri olduğunu söylədi.

472042
Mehmet Şimşək Vaşingtondadır

Beynəlxalq Valyuta Fondu (İMF) və Dünya Bankının iclaslarında iştirak etmək üçün Vaşinqtona gedən Mehmet Şimşək iştirak etdiyi G20 qrupunun fotoçəkilişindən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

Şimşək Beynəlxalq Valyuta Fondu​ tərəfindən Türkiyənin böyümə proqnozunun yuxarı çəkilməsinə münasibət bildirərək: "Bu bizim üçün sürpriz deyil. Son illərdə istər beynəlxalq banklar, istərsə də beynəlxalq təşkilatlar Türkiyəyə dair daha ehtiyatlı yanaşma nümayiş etdirirdilər, amma biz onları hər zaman müsbət istiqamətdə təəccübləndiririk. Beləliklə, yavaş-yavaş buna uyğunlaşırlar" deyə danışdı.

Mehmet Şimşək​ bununla yanaşı, hökumətin daha çox struktur islahatlarla Türkiyənin 5% də artım göstəricisinə doğru irəliləməsini qarşısına məqsəd qoyduğunu vurğuladı.

Nazir müavini Amerika Birləşmiş Ştatları Ticarət Palatasında keçirilən miqrasiya məsələləri ilə bağlı panelin işi barədə: "Türkiyənin miqrantlar məsələsi ilə əlaqədar gördüyü işləri hamı heyranlıqla izləyir. Bütün iclaslarda Türkiyənin bu mənada, həqiqətən, dünyaya insanlıq dərsi verdiyi ifadə edildi. Biz qaçqınların yalnız əsas ehtiyaclarını təmin etməklə kifayətlənmirik, onların təhsili istiqamətində də fəaliyyətlərimiz var. Onlara Türkiyədə işləmək icazəsi verildi, qaçqınların inteqrasiyasına səy göstəririk" dedi.



Әlaqәli Xәbәrlәr