R.T Әrdoğan: “Mǝqsǝdimiz İslam alǝminin gǝlǝcǝyǝ ümidlǝ baxmasını tǝmin etmǝkdir”

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan İslam Әmǝkdaşlıq Tǝşkilatının XIII Sammitinǝ qatılan qonaq heyǝtlǝrin rǝhbǝrlǝrinin şǝrǝfinǝ ziyafǝt verdi.

471275
R.T Әrdoğan: “Mǝqsǝdimiz İslam alǝminin gǝlǝcǝyǝ ümidlǝ baxmasını tǝmin etmǝkdir”

“Mǝqsǝdimiz İslam alǝminin gǝlǝcǝyǝ ümidlǝ baxmasını tǝmin etmǝkdir."

Bunu Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan İslam Әmǝkdaşlıq Tǝşkilatının XIII Sammitinǝ qatılan qonaq heyǝtlǝrin rǝhbǝrlǝrinin şǝrǝfinǝ verdiyi ziyafǝtdǝ deyib.

Әrdoğan qonaqlarına sammitdǝ iştirak etdiklǝrinǝ görǝ öz tǝşǝkkürünü bildirǝrǝk vurğulayıb ki, “Әdalǝt vǝ sülh üçün birlik vǝ hǝmrǝylik" devizi altında keçirilǝn zirvǝdǝ qǝbul edilǝn qǝrarların İslam alǝminǝ xeyirli olmasını arzulayıram. Bu sammitdǝn dünyadakı bütün müsǝlmanlara İslam ölkǝlǝrinin birlik vǝ bǝrabǝrlik içindǝ olduqları mesajını vermǝsini gözlǝyirik. Ümid edirik ki, bu zirvǝ hamımız üçün yeni bir dövrün başlamasına amil olar. Bu zirvǝ ilǝ axan qanı vǝ göz yaşını bir qǝdǝr dǝ olsa azlatmaq niyyǝtindǝyik.

İslam ölkǝlǝri arasında daha yaxşı bir dialoq mühitinin yaranmasına dǝstǝk vermǝk mǝqsǝdilǝ addım atdıqlarını qeyd edǝn Dövlǝt başçısı Әrdoğan fǝrqli xüsusiyyǝtlǝrimizi deyil ortaq xüsusiyyǝtlǝrimizi ön plana çǝkmǝliyik. Qarşımızda ciddi problemlǝr var, bunların hǝlli üçün mübarizǝ aparırıq. Belǝ bir dövrdǝ heç vaxt ümidimizi itirmǝmǝliyik. Biz müsǝlmanların anlayışında bǝdbinlik yoxdur.

“BMT-dǝn sonra ǝn böyük beynǝlxalq tǝşkilat olan İslam Әmǝkdaşlıq Tǝşkilatı üzvü olaraq ortaya qoyacağımız hǝmrǝylik bizi daha yaxşı nöqtǝlǝrǝ aparıb çıxaracaqdır" deyǝ ifadǝ edǝn Әrdoğan bunun üçün hǝr sahǝdǝ daha çox cǝhd göstǝrmǝyin, hǝmrǝyliyi vǝ qardaşlıq ǝlaqǝlǝrini güclǝndirmǝyin vacib olduğunu vurğulayıb.

Türkiyǝnin sǝdrliyi zamanı da bu idealların gerçǝklǝşmǝsi üçün cǝhd göstǝrǝcǝyini bildirǝn Әrdoğan bu yolda üzv ölkǝlǝrin dǝstǝyinin önǝmli olduğunu, zirvǝnin uğurlu olmasının hǝr kǝsin uğuru, tǝşkilatın uğurunun isǝ bütün İslam alǝminin uğuru olacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr