Türkiyə İnkişaf hesabatının qaralama mətni mətbuata açıqlanıb

Bugün Avropa Parlamentində səsverməyə çıxarılacaq Türkiyə İnkişaf hesabatının qaralama mətni mətbuata açıqlanıb.

470569
Türkiyə İnkişaf hesabatının qaralama mətni mətbuata açıqlanıb

Avropa Parlamentinin Türkiyə üzrə hesabatçısı Kati Piri Strasburqda təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, hesabatın qaralama mətnindəki sənədlər arasında Avropa Parlamentinin 15 aprel 2015-ci ildə qəbul etdiyi 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə əlaqədar qərarın da daxil edilməsinin texniki bir detal olduğunu müdafiə edib.

Türkiyənin ötənilki inkişaf hesabatının parlamentə qaytarılmasının ardından bu il bənzər bir vəziyyətin yaşanmasından narahatlıq duymadıqlarını ifadə edən Piri, əksinə Türkiyə ilə əlaqələri yaxşılaşdırmağa ümid etdiklərini söyləyərək “Türkiyə bizim üçün çox əhəmiyyətli bir ölkə olduğu həqiqəti unudulmamalıdır" deyib.



Әlaqәli Xәbәrlәr