Türkiyə sərhədində DEAŞ üzvü olduğu bildirilən şübhəlilər yaxalandılar

Türkiyənin Qaziantep şəhərində Suriya sərhədindən Türkiyəyə qeyri-qanuni yollarla keçməyə çalışan terror təşkilatı DEAŞ üzvü olan 1 nəfər öldürüldü, 3 qadın yaxalandı.

469880
Türkiyə sərhədində  DEAŞ üzvü olduğu bildirilən şübhəlilər yaxalandılar

Terrorçuların Karkamış qəsəbəsininin Kıvırcık məhəlləsi yaxınlığında gecə saatlarında ölkəyə qeyri-qanuni yollarla daxil olmağa çalışdıqları müəyyən olundu.

Təhlükəsizlik qüvvələri tərəfindən edilən "dayan "xəbərdarlığına baxmayaraq, sərhədi keçməyə çalışan qrupa xəbərdarlıq atəşi açıldı.

Şübhəlilərin xəbərdarlıqlara məhəl qoymamalarından sonra açılan atəş nəticəsində, 1-i yaralı olmaqla 4 nəfər yaxalandı.

Xəstəxanaya aparılan yaralı terrorçu həyatını itirdi.

DEAŞ üzvü olduğu bildirilən şübhəlilər, "silahlı terror təşkilatına üzv olmaq" və "xüsusi təhlükəsizlik zonasına girmə" maddələri ilə həbs edildilər.



Әlaqәli Xәbәrlәr