Kilis vilayǝti növbǝti dǝfǝ mǝrmilǝrin hədəfi olub

Bu gün sǝhǝr radǝlǝrindǝ Şəhərin mərkəzində yerlǝşǝn boş əraziyə, Suriyadan atılan 4 roket mǝrmisi düşüb.

470161
Kilis vilayǝti növbǝti dǝfǝ mǝrmilǝrin hədəfi olub

Baş qərargah rǝisi Hulisi Akar və Milli Kəşfiyyat Təşkilatının rǝhbǝri Hakan Fidan hadisǝdǝn sonra Kilisǝ gedǝrǝk şǝhǝr valisi Süleyman Tapsızdan mǝlumat alıb. Daha sonra Suriya ilǝ olan sǝrhǝd bölgǝdǝ araşdırma aparıb.

Qeyd edǝk ki, ötǝn gün iki raket mǝrmisinin şǝhǝrǝ düşmǝsi nǝticǝsindǝ 2 iki nǝfǝr həyatını itirmişdi. 11 Apreldǝ isǝ Atatürk Məhəlləsinə 3 raket mǝrmisi isabǝt etmiş vǝ 12 nǝfǝr yaralanmışdı.



Әlaqәli Xәbәrlәr