İƏT-nın 13-cü sammiti sabah İstanbulda keçirilәcәk

İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammiti sabah İstanbulda baş tutacaq.

470038
İƏT-nın 13-cü sammiti sabah İstanbulda keçirilәcәk

İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammiti sabah İstanbulda keçirilәcәk.​

Sammitin gündәmindә İran-Sәudiyyә Әrәbistanı gәrginliyi, terror vә islamofobiya kimi mәsәlәlәr var.

İslam Әmәkdaşlıq Tәşkilatının Baş katibi İyad Әmin Mәdәni sammitin çox fәrqli olacağını söylәyib.

İӘT sammitdә 56 ölkәnin nümayәndәsi vә 33 ölkәnin dövlәt başçısı iştirak edir.

Sammitdә Suriyadakı vətəndaş müharibəsi, qaçqın problemi, Avropada artan islamofobiya vә müsəlman ölkələrdə artan ekstremizm kimi mәsәlәlәrin dә müzakirә olunması gözlənilir.

İӘT-nın dövr sәdrliyi ötәn gün baş tutan XİN rәhbәrlәrinin şura iclasında Türkiyәyә tәhvil verilib.

Xarici İşlәr Nazirlәrinin şura iclasından sonra mәtbuat konfransı keçirәn İslam Әmәkdaşlıq Tәşkilatının Baş katibi İyad Әmin Mәdәni: ''Bu sammit çox fәrqli olacaq'' deyib.

107 maddәnin olduğu fәaliyyәt planında Fәlәstin vә Qüds probleminin hәlli, yoxsulluqla mübarizә, terrorla mübarizә, sülh vә tәhlükәsizliyin tәmin edilmәsi, investisiya vә maliyyә prioritetlәrinin müәyyәn olunması, elm vә texnologiyanın inkişafı, iqlim dәyişikliyi kimi mövzular var.

Bu arada sammitdә Dağlıq Qarabağ münaqişәsinin dә müzakirә olunması gözlәnilir.

Sammitdә Liviyanın da təmsil edilməsi digər iştirakçı ölkәlәr tәrәfindәn məmnuniyyətlə qarşılanır.

İӘT sammitindә Sәudiyyә Әrәbistanı Kralı Sә​lman bin Әbdülәziz vә İran prezidenti Hәsәn Ruhani dә iştirak edir.

Kral Sәlman bin Әbdülәziz hakimiyyәtә gәldikdәn sonra Sәudiyyә Әrәbistanı ilә İran münasibәtlәrindә gәrginliklәr yaşandı. İki ölkә arasındaki münasibәtlәr Yәmәndә baş verәn vәtәndaş müharibәsindәn sonra daha da gәrginlәşdi.

Qeyd edәk ki, Sammit sәbәbiylә İstanbulda tәhlükәsizlik tәdbirlәri güclәndirilib.

Tәhlükәsizlik tәdbirlәri xüsusilә sammitin baş tutacağı bölgәdә artırılıb.



Әlaqәli Xәbәrlәr