Nazirlər Kabineti Şanlıurfada toplandı

Nazirlər Kabineti 13 il fasilədən sonra ilk dəfə Ankaradan kənarda toplanıb.

469172
Nazirlər Kabineti Şanlıurfada toplandı

Nazirlər Kabineti 13 il fasilədən sonra ilk dəfə Ankaradan kənarda toplanıb.

Baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə baş tutan toplantıya ev sahibliyini qurtuluşunun 96-cı ildönümündə Şanlıurfa edib.

Yığıncağın əsas gündəm mövzuları terrorla mübarizə və Suriyadakı vəziyyət olub.

Baş nazirin müavini və hökumət sözçüsü Numan Kurtulmuş Nazirlər Kabinetinin yığıncağından sonra mətbuat nümayəndələrinə açıqlama verib.

Bildirib ki, “şimali Suriyadakı qardaşlarımızla heç bir problemimiz yoxdur, bizim qarşı çıxdığımız məsələ Suriyadakı bu siyasi qeyri-müəyyənlik mühitindən istifadə edərək ölkənin şimalında yeni bir siyasət meydana gətirilməsidir".



Әlaqәli Xәbәrlәr