N. Kurtulmuş Mostara səfər edib

Baş nazirin müavini Numan Kurtulmuş Bosniya və​ Hersoqovinanın Mostar şəhərinin tarixi məkanlarını ziyarət edib.

469148
N. Kurtulmuş Mostara səfər edib

Baş nazirin müavini Numan Kurtulmuş Bosniya və​ Hersoqovinanın Mostar şəhərinin tarixi məkanlarını ziyarət edib.

Baş nazirin müavini şəhərin xüsusilə son bir neçə ildə daha da inkişaf etdiyini vurğulayaraq Türkiyənin Mehmet Paşa Məscidi, Mostar körpüsü başda olmaqla bir çox Osmanlı əsərlərini yenidən təmir etdiyini bildirib.

N. Kurtulmuş yaxın gələcəkdə Mostarda olan diğər Türk abidələrini də bərpa edəcəklərini dilə gətirib.

19-cu Mostar Beynəlxalq İqtisadiyyat Sərgisinə qatılacaq Baş nazirin müavini sərginin bölgəyə verəcəyi töhfələrdən də danışıb. Nazir bildirib ki, Mostarın yenidən canlanması, inşası baxımından sərginin əhəmiyyəti böyük olacaq. Türkiyə ilə​ Hersoqovina və Mostar şəhərinin əlaqələrinin daha da dərinləşməsi baxımından sərgi geniş üfüqlər vəd edir.

Baş nazirin müavini Numan Kurtulmuş Mostarda iştirak edəcəyi sərgi ilə bərabər bir sıra görüşlər də keçirəcək.

Qeyd edək ki, Türkiyə Mostar Beynəlxalq İqtisadiyyat Sərgisinə ilk dəfə ortaq ölkə kimi qatılır. Sektor məhdudiyyəti olmayan sərgidə 24 ölkədən tikinti, avtomobil, elektronika, telekommunikasiya və digər sahələrdən olan bir çox firma iştirak edir.



Әlaqәli Xәbәrlәr