"Şübhǝli millǝt vǝkilinin mühakimǝ edilmǝsi üçün vǝzifǝ müddǝtinin başa çatması gözlǝnǝ bilmǝz"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan toxunulmazlıq hüququnun lǝğvinin terror tǝşkilatı PKK-ya silah daşıyan millǝt vǝkillǝrinin mühakimǝ edilmǝsini hǝdǝfǝ aldığını bildirib.

468776
"Şübhǝli millǝt vǝkilinin mühakimǝ edilmǝsi üçün vǝzifǝ müddǝtinin başa çatması gözlǝnǝ bilmǝz"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan toxunulmazlıq hüququnun lǝğvinin terror tǝşkilatı PKK-ya silah daşıyan millǝt vǝkillǝrinin mühakimǝ edilmǝsini hǝdǝfǝ aldığını bildirib.

Dövlǝt başçısı Әrdoğan Haliç Konqres Mǝrkǝzindǝ keçirilǝn “Şǝhǝrlǝrdǝ yeni quruculuq işlǝri vǝ ağıllı şǝhǝrlǝr" iclasında çıxış edǝrǝk deyib ki, şübhǝli bilinǝn bir millǝt vǝkilinin mühakimǝ edilmǝsi üçün vǝzifǝ müddǝtinin başa çatması gözlǝnǝ bilmǝz. Toxunulmazlıq hüqunun lǝğvi dedikdǝ “bütün millǝt vǝkillǝrinin toxunulmazlıq hüququnun lǝğv olunması" deyǝ başa düşülür. Bu sǝviyyǝdǝ hadisǝlǝr baş verǝcǝk, maşınınla terror tǝşkilatına silah daşıyacaqsan, bu millǝt vǝkilinin vǝzifǝ müddǝtinin başa çatmasını necǝ gözlǝmǝk olar?

Dövlǝt başçısı Әrdoğan terrorçuların kanalizasiya suyu, içmǝli su, yağış suyu, tǝbii qaz boru kǝmǝrlǝri, elektirik şǝbǝkǝsi üçün yox, tǝhlükǝsizlik qüvvǝlǝrinin daxil olmaması mǝqsǝdilǝ çuxur vǝ xǝndǝk qazdıqlarını vurğulayaraq bildirib ki, terror tǝşkilatı Cǝnub-Şǝrqi Anadolu bölgǝmizdǝki müxtǝlif qǝsǝbǝlǝrimizdǝ iyun ayından bǝridir insanlıq vǝ ǝxlaqla uyğunlaşmayan metodlarla vǝtǝndaşlarımıza ǝziyyǝt çǝkdirir.

Şǝhǝrdǝ yeni quruculuq işlǝri vasitǝsilǝ terrorçulara qarşı ǝmǝliyyatların davam etdiyi şǝhǝrlǝrin sadǝcǝ terrordan yox onlara rahat hǝrǝkǝt etmǝ imkanı yaradan mǝnfi şǝrtlǝrdǝn dǝ tǝmizlǝnmǝsinǝ imkan yaradılacağını bildirǝn Dövlǝt başçısı vurğulayıb ki, dövlǝtin vǝzifǝsi sadǝcǝ tikintilǝri yox hǝmin zamanda könüllǝri dǝ abad hala gǝtirmǝkdir. Vǝtǝndaşlarımızın dövlǝtinǝ olan etimad, sǝdaqǝt vǝ inanclarını güclǝndirmǝyǝ mǝcburuq.



Әlaqәli Xәbәrlәr