Sahibkarları maliyyə ilə təmin edəcək yeni “yüksək fond” yaradılır

Mehmet Şimşək Türkiyədə sahibkarları maliyyə ilə təmin edəcək yeni “yüksək fond”un bu il yaradılacağını bildirib.

468608
Sahibkarları maliyyə ilə təmin edəcək yeni “yüksək fond” yaradılır

Baş nazirin iqtisadiyyat məsələləri üzrə müavini Mehmet Şimşək Türkiyədə sahibkarları maliyyə ilə təmin edəcək yeni “yüksək fond"un bu il yaradılacağını bildirib.

Mehmet Şimşək “Anadolu" Xəbər Agentliyinə verdiyi açıqlamada Türkiyədə biri yerli olmaqla iki yüksək fond qurmaq üzərində işlərin yekunlaşdığını bildirib.

Avropa İnvestisiya Fondu tərəfindən “Türkiyə İnkifaf və İnnovasiya Fondu" və KOM AŞ (Kiçik və orta Müəssisələr) tərəfindən də “Türkiyə İnvestisiya Fondu" qurulacağını bildirərək bunlardan ən çox texnologiya yönümlü sərmayədən yararlanacağını qeyd edib.

Nazir müavini qurulacaq iki fondun ümumi dəyərinin təxminən 1 milyard lirə olacağını və bu məbləğin təşəbbüs sərmayəsi fondlarına yatırılacağını bildirib.



Әlaqәli Xәbәrlәr