Angela Merkel: "Türkiyə Avropa İttifaqı tərəfindən dəstəklənməlidir"

Almaniya kanslerı Angela Merkel Türkiyə ilə Avropa İttifaqı arasında qaçqınlarla bağlı əldə olunan razılığı müdafiə edib.

467501
Angela Merkel: "Türkiyə Avropa İttifaqı tərəfindən dəstəklənməlidir"

Merkel suriyalı qaçqınların səbəb olduğu yükün paylaşılması məsələsində Türkiyə ilə əldə olunan razılaşmanın doğru bir qərar olduğunu deyib. O, Türkiyənin 2 milyon 700 min suriyalı və digər ölkələrdən olan 300 min nəfər sığınacaq axtaran şəxsi yaşayışla təmin etdiyini və bu yükün paylaşdırılmasının vacibliyini söyləyib.

"Türkiyə Avropa İttifaqı tərəfindən dəstəklənməlidir" deyən Merkel Türkiyənin Avropa İttifaqına yaxınlaşma səylərini da doğru qiymətləndirib.

Qeyri-qanuni köçlə mübarizənin də əhəmiyyətinə toxunan kansler Egey dənizi vasitəsilə qaçaqçılığa seyrçi qalmayacaqlarını da dilə gətirib.



Әlaqәli Xәbәrlәr