Jan Böhermann haqqında mǝhkǝmǝ prosesi başladılıb

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanı Almaniyanın “ZDF" telekanalında yayımlanan proqramda sözdǝ şeir adı ilǝ tǝhqir edǝn jurnalist Jan Böhermann haqqında mǝhkǝmǝ prosesi başladılıb.

466416

Mainz Prokurorluğu 20 nǝfǝrin şikayǝtinǝ əsasən Böherman haqqında “dövlǝt xadimini təhqir" etdiyinə görǝ​ istintaq başladıldığını bildirib.

Alman Cinayǝt Mǝcǝllǝsinin 103-cü maddǝsinǝ görǝ, bir xarici dövlǝt rǝhbǝrinǝ edilǝn təhqir üçün 3 il hǝbs cǝzası ilǝ mǝhkǝmǝ prosesi başladıla bilir. Bu təhqir biərəkdən edildiyi halda cǝza 5 ilǝdǝk yüksələ bilər.

Almaniya kansleri Angela Merkel Baş nazir Әhmǝd Davudoğlu ilǝ keçirdiyi telefon danışığında vǝziyyǝti “bilǝ​rǝ​k edilǝn təhqir" kimi dǝyǝrlǝndirib.

Alman komediya aktyoru vǝ aparıcı Jan Böhmermannn “Neo Magazin Royale" adlı buraxılışında “Schmähkritik" (tǝhqiredici tǝnqid) adlı şeir sǝslǝndirib.

ZDF telekanalı hǝmin parodiyanın keyfiyyǝt vǝ yumor anlayışları ilǝ üst-üstǝ düşmǝdiyi sǝbǝbi ilǝ internetdǝki arxivindǝn çıxarıb. Proqramın direktoru dok. Norbert Himmelr yumorun da bir sǝrhǝdi olduğunu vǝ adıçəkilən parodiyanın həddi aşdığını bildirib.

Әlaqәli Xәbәrlәr