Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Türkiyәyә sәfәr edәcәk
Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Denis Zvizdiç Baş nazir Əhməd Davudoğlunun rəsmi dəvəti ilə Ankaraya sәfәr edәcәk.
466264
Türkiyәnin Baş naziri Әhmәd Davudoğlu Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Zvizdiç ilə Ankarada keçiriləcək Türkiyə-Bosniya və Herseqovina biznes forumuna sədrlik edəcək.
Görüş zamanı Bosniya və Herseqovina ilə Türkiyә arasındaki qarşılıqlı münasibətlərin bütün tәrәflәrinin müzakirə olunması gözlәnilir.
Qeyd edәk ki, Zvizdiç Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan tәrәfindәn dә Prezident İqamәtgahında qәbul edilәcәk.