“Yunanıstan qaçqınları göndərməzsə”, N.Kurtulmuş

Dünən Türkiyənin Baş naziri Əhməd Davudoğlunun rəhbərliyilə Nazirlər Kabinetinin toplantısı keçirilib

465430
“Yunanıstan qaçqınları göndərməzsə”, N.Kurtulmuş

Toplantının gündəmində miqrant problemi və yeni abadlıq işləri planları yer alıb.

Baş nazirin müavini və hökumət sözçüsü Numan Kurtulmuş çıxışında miqrantların geri qaytarılması ilə bağlı müqavilənin problemsiz şəkildə icrasına başlandığını bildirib.

Aprelin 4-də başlayan prosesin ilk gününün hesabatını verən nazir müavini deyib ki, “Türkiyə Yunanıstana ilk karvanda 500 nəfəri qəbul edəcəyini bildirsə də, 202 nəfər gəlib, 78 nəfərsə Avropa ölkələrinə göndərilib. Yunanıstan qaçqınları göndərməyəcəyi təqdirdə Türkiyə də eyni addımı atacaq. Qarşı tərəfdən nə qədər gəlirsə, biz də onun qarşılığında o qədər immiqrantı Avropaya göndərəcəyik".



Әlaqәli Xәbәrlәr