"Terrorizmin dini, milliyyəti, irqi, mənşəyi yoxdur'', R.T.Ərdoğan

Amerika Birləşmiş Ştatlarının Maryland əyalətindəki Türk-Amerikan Mədəniyyəti və Mədəniyyətlər Mərkəzinin açılışı prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən reallaşdırılıb.

463512
"Terrorizmin dini, milliyyəti, irqi, mənşəyi yoxdur'', R.T.Ərdoğan

Ərdoğan açılış mərasimində mərkəzin bütün müsəlmanlara xeyirli olmasını arzulayıb. Dünyada və ABŞ-da çox təəssüf ki, müsəlmanlara qarşı qeyri- tolerant münasibətin yüksək həddə olduğunu dilə gətirən dövlət başçısı açılışını etdiyi mərkəzin İslam əleyhdarlarına qarşı önəmli bir addım olduğunu və böyük əhəmiyyət daşıdığını söyləyib.

"Terrorizmin dini, milliyyəti, irqi, mənşəyi yoxdur. Terrorist insanlığa qarşı törətdiyi cinayətlər səbəbilə bu sifətə layiq olan adamdır. 11 sentyabrda bir qrup terroristin Amerikaya yaşatdığı acı və dəhşəti xatırladarkən Qərbin terrorizmə qarşı qeyri-obyektiv yanaşmasını tənqid edən prezident R.T. Ərdoğan Belçikadakı partlayışlara da diqqəti çəkib.

"Brüssel hadisəsinin günahkarı barəsində Belçika rəhbərliyinə bildirdik. Belçika rəhbərliyi isə “bunun sənədlərində hər hansı bir şey yoxdur' dedi və bomba partladı. Kimdir səmimi? Biz dürüst davrandıq və hər zaman həmrəyliyə, paylaşmağa hazırıq" deyə dövlət başçısı bildirib.

Prezident ABŞ-dakı prezidentlik uğrunda mübarizədə İslam əleyhdarı fikirləri olan namizədləri də ad çəkmədən tənqid edib və onların bu fikirləri müdafiə etmələrini heyrətlə izlədiyini söyləyib.

ABŞ-da yaşayan müsəlman cəmiyyətinin amerikalılıq, ya da müsəlmanlıq arasında çətin durumda qalmayacağını vurğulayan R. T. Ərdoğan, nifrət və mühakiməyə qarşı birlikdə mübarizə çağırışı edib.

Prezidentin nitqindən sonra Türk - Amerikan Mədəniyyət və Mədəniyyətlər Mərkəzinin rəsmi açılışı baş tutub. Açılışda fərqli din və millətlərdən olan nümayəndələrdən ibarət çox sayda insan iştirak edib. Türklər qədər əcnəbilərin də marağında olan mərkəzdəki məscid, 16-cı əsr ənənəvi Osmanlı arxitekturasına uyğun olaraq inşa edilib. ABŞ-dakı iki minarəli tək məscid olan ibadətxanada həyət da daxil olmaqla eyni anda 3 min adam ibadət edə biləcək.

Təxminən 16 hektar ərazidə inşa edilən mərkəzdəki məscidin altında 300 kvadrat metr genişliyində İslam Əsərləri Muzeyi də fəaliyyət göstərir. Səlcuqlu arxitekturasına uyğun inşa edilən mədəniyyət mərkəzində eyni zamanda kitabxana, konfrans və sərgi salonu da mövcuddur.

Mədəniyyət mərkəzinə daxil olan İslam Araşdırmaları Mərkəzində Türkiyədən ABŞ-a lisenziya və magistr təhsil üçün gedəcək şagirdlərə məsləhət xidməti təqdim ediləcək.



Әlaqәli Xәbәrlәr