Әrdoğan vǝ Obamanın Ağ evdǝ baş tutan görüşü

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Vaşintonda keçirdiyi ikitǝrǝfli görüşlǝri çǝrçivǝsindǝ ABŞ prezidenti Barak Obama ilǝ bir araya gǝlib.

462395
Әrdoğan vǝ Obamanın Ağ evdǝ baş tutan görüşü

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Vaşintonda keçirdiyi ikitǝrǝfli görüşlǝri çǝrçivǝsindǝ ABŞ prezidenti Barak Obama ilǝ bir araya gǝlib.

Görüş Obamanın Vaşinqtonda tǝşkil edilǝn Nüvǝ Tǝhlükǝsizliyi Sammitinǝ qatılan dövlǝt vǝ hökumǝt rǝhbǝrlǝrinin şǝrǝfinǝ verilǝn yemǝkdǝn sonra baş tutub. 50 dǝqiqǝyǝ yaxın davam edǝn görüşdǝ təhlükəsizlik məsələləri, habelə, terrorçuluq və qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub. Liderlǝr hǝmçinin DEAŞ-la mübarizǝ mǝsǝlǝsindǝn dǝ danışıblar.

Barak Obama martın 31-də Diyarbəkirdə törədilən terror aktı nəticəsində həlak olanlarla bağlı Ərdoğana başsağlığı verərək, ABŞ-ın Türkiyənin təhlükəsizliyinin təmin olunmasına və terror mǝsǝlǝsilǝ ümumi mübarizəyə verdiyi dəstəyin davam etdiriləcəyini təsdiqləyib.

Qeyd edǝk ki, Әrdoğan Vaşinqtonda ikitǝrǝfli görüşlǝrini davam etdirǝcǝk.



Әlaqәli Xәbәrlәr