Yetiş : “19,5 milyard avro lazımdır”

Baş nazirin müşaviri Murtaza Yetiş, Türkiyədə yerləşən Suriyalılarla bağlı gələcək 3 il üçün ehtiyacların təmin edilməsinə təxminən 19,5 milyard avronun lazım oladuğunu bildirib.

461368
Yetiş : “19,5 milyard avro lazımdır”

Baş nazirin müşaviri Murtaza Yetiş, Türkiyədə yerləşən Suriyalılarla bağlı gələcək 3 il üçün ehtiyacların təmin edilməsinə təxminən 19,5 milyard avronun lazım oladuğunu bildirib.

Yetiş,

"Bu, bir tərəfdən mövcud vəziyyətin nə qədər çətin olduğunu, bir tərəfdən də xüsusilə, Avropa İttifaqının (Aİ) 3 milyard avrodan bəhs edərkən əslində bu dəstəyin nə qədər geniş sahəni əhatə etdiyini göstərir." deyə vurğulayıb.

Türkiyədə sığınacaq tapan Suriyalıların sayının hər ay dəyişdiyini deyən Yetiş, davam edən prosesin 2018-ci ilədək "birinci mərhələ dövrü" adı verilən, ehtiyac analizinə əsasən təyin edildiyini bildirib.

Yetiş, ilk mərhələdə sərhədləri açmaq, ikinci mərhələdə təcili humanitar yardım etmək və son olaraq dil, peşə təhsil kimi məsələləri həll edib köçkünlərin öz ayaqları üzərində durmaqlarını təmin etməkdir.

Türkiyənin bütün bu mərhələləri keçirdiyini söyləyən Murtaza Yetiş, bu ehtiyac analizini 2 həftə əvvəl AB tərəfinə çatdırdıqlarını deyib.

Yetiş, Türkiyənin bir tərəfdən qeyri qanuni miqrasiyanın qarşısını almaq, digər tərəfdən Türkiyədə olan Suriyalılarla bağlı görüləcək işlərin sürətlənməsindən bəhs edib.



Әlaqәli Xәbәrlәr