THY növbəti mükafat aldı

Türk Hava Yolları (THY), “Air Transport News"ın mükafat mərasimində "İlin Hava Yolu" mükafatına layiq görülüb.

461454
THY növbəti mükafat aldı

Türk Hava Yolları (THY), “Air Transport News"ın mükafat mərasimində "İlin Hava Yolu" mükafatına layiq görülüb.

Türk Hava Yolları (THY) idarə heyəti və İcra Komitəsinin sədri İlkər Aycın, THY-nın “Air Transport News" Mükafat Mərasimində "İlin Hava Yolu" mükafatını alması ilə bağlı, "Keçən il beşinci dəfə olmaqla, Skytrax sərnişin seçim mükafatı tərəfindən Avropanın Ən yaxşı Hava yolu olaraq seçildik. 2023-cü ildə hədəfimiz sərnişin sayını 120 milyona, təyyarələrimizin sayını 450-yə çatdırmaqdır" deyə bildirib.

Air Transport News Mükafat Mərasimində THY, "İlin Hava yolu" mükafatına layiq görülərkən, Turkish Cargo "İlin Kargo Hava yolu", Türk Hava Yolları Texniki AŞ, "İlin Təyyarə Baxış Təmir Mərkəzi", TAV hava limanları tərəfindən istifadə edilən İstanbul Atatürk Hava limanına da "İlin Hava limanı" mükafatı təqdim edilib.



Әlaqәli Xәbәrlәr