Qaziantep şəhərində DEAŞ-a qarşı əməliyyat
Əməliyyatlarda Suriyadakı terror təşkilatına qatılmaq üçün Türkiyəyə gələn xaricilər qısa zamanda nəzarətə götürülür.
461421
Türkiyə DEAŞ-la mübarizədə hər tədbiri görür.
Əməliyyatlarda Suriyadakı terror təşkilatına qatılmaq üçün Türkiyəyə gələn xaricilər qısa zamanda nəzarətə götürülür.
Qaziantepdə bu ilin üç ayında terror təşkilatı DEAŞ-a qoşulmaq üçün 184 nəfər şəhərin mərkəzində və Suriya sərhədində tutulub.
33 ölkədən gələn xarici vətəndaşların 85-i həbs olunub, 99-u ölkələrinə geri göndərilib.
Geriyə göndərilənlərin ölkələrinə rəsmi məlumat verilib.
Qeyd edək ki, Qaziantepdə keçən il eyni səbəbdən tutulan xaricilərin sayı 541-ə çatmışdı.
48 ölkədən DEAŞ-a qatılmaq üçün gələnlər Suriyaya keçmədən nəzarətə alınıblar.