‘‘Şәhidlәrimizin qanı yerdә qalmayacaq’’, R.T.Әrdoğan

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini deyib.

459793
‘‘Şәhidlәrimizin qanı yerdә qalmayacaq’’, R.T.Әrdoğan

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini deyib.

Baş Qərargah rəisi general Hulusi Akar, Milli Müdafiə naziri İsmət Yılmazın da iştirak etdiyi Hərb Akademiyaları Komandanlığında keçirilәn tәdbirdә Ərdoğan zabitlərə müraciәt edib.

Terrorla mübarizә çәrçicәsindә hәyata keçirilәn әmәliyyatlar nәticәsindә 355 polis әmәkdaşının şәhid olduğunu deyәn Әrdoğan 5 min 359 terrorçunun da zәrәrsizlәşdirildiyini vurğulayıb.

Terroru dәstәklәyәnlәrә reaksiya göstәrәn Әrdoğan: ''Şәhidlәrimizin qanı yerdә qalmayacaq. Bölgәni vә xalqı xilas etdik'' deyә qeyd edib.

Yaxın şәrqdәki proseslәri dә qiymәtlәndirәn dövlәt başçısı: ''Könül bağımızın olduğu ölkәlәrin heç birinә biqanә qalmaq hüququna malik deyilik'' deyә vurğulayıb.



Әlaqәli Xәbәrlәr