Hamad əl-Hedfa: "İstanbula investisiya qoyanın qazanmaması mümkün deyil"

Qətərin ən böyük daşınmaz əmlaka investisiya şirkətlərindən biri olan "Mazaya Qatar"ın icraçı direktoru Hamad əl-Hedfa Türkiyənin daşınmaz əmlak bazarındakı imkanların orta və uzun perspektivdə davam edəcəyini bildiridi.

459890
Hamad əl-Hedfa: "İstanbula investisiya qoyanın qazanmaması mümkün deyil"

"İstanbula investisiya qoyanın qazanmaması mümkün deyil. Çünki bir dənə İstanbul var" dedi.

Hedfa Türkiyədə daşınmaz əmlak sektorunun son 10 ildəki inkişafını "möhtəşəm" ifadəsi ilə səciyyələndirərək:

"Biz buradakı fürsət və imkanlar, növbəti prosesdə orta və uzun perspektivdə də davam edəcəyinə inanırıq. Bu səbəbdən Türkiyəyə sərmayə qoymağa qərar verdik" deyə danışdı.

Türkiyədə daşınmaz əmlaka investisiya fondlarının yaradılması və bazara daxil edilməsi məsələsinin əhəmiyyətinə diqqəti çəkən Hedfa bu sahəyə ciddi sərmayə qoyduqlarını və bundan qazanacaqlarına inandıqlarını bildirdi.

Hedfa: "Qətər və Türkiyə arasındakı strateji makro əməkdaşlığa və qardaşlığa əlavə olaraq, Türkiyənin daşınmaz əmlak bazarına qarşı çox güclü marağı da nəzərə alsaq, yeni fondun bölgəmizdəki investorların diqqətini çəkəcəyinə əmin ola bilərik"dedi.



Әlaqәli Xәbәrlәr