Almaniyanın Türkiyədəki nümayəndəlikləri yenidən açılır

Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi təhlükəsizlik məqsədi ilə Ankara və İstanbuldakı nümayəndəliklərin və məktəblərin bağlanıldığını xatırladıb

455558
Almaniyanın Türkiyədəki nümayəndəlikləri yenidən açılır

Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Sawsa Chebli paytaxt Berlində təşkil etdiyi mətbuat konfransında aylardan bəri Türkiyənin böyük şəhərlərində artan terror hücumlarını və keçən çərşənbə günü ciddi təhlükənin olduğunu vurğulayaraq, təhlükəsizlik məqsədi ilə Ankara və İstanbuldakı nümayəndəliklərin və məktəblərin bağlanıldığını xatırladıb.

"İndiki vəziyyətdə səfirliyimizi, baş konsulluğumuzu, həm İstanbulda həm də Ankaradakı məktəbləri yenidən açmaq qərarına gəldik. Ankara və İstanbuldakı təhsil müəssisələri indi tətil səbəbindən bağlıdır. Əks təqdirdə onlar da fəaliyyətlərini davam etdirərdilər." deyə Chebli qeyd edib.

Bu qərarın məsuliyyətlə və əldə etdikləri məlumat əsasında verdiklərini vurğulayan Chebli bu addımın təkcə öz məlumatları ilə deyil, başqa kəşfiyyat və təhlükəsizlik orqanları ilə əməkdaşlıq çərçivəsində atıldığını qeyd edib.



Әlaqәli Xәbәrlәr