Nusaybindә 4 әsgәr şәhid olub

Mardinin Nusaybin rayonunda separatçı terror tәşkilatı PKK-nın kustar üsulla hazırlanan bombanı partlatması nәticәsindә 3 әsgәr şәhid olub.

455078
Nusaybindә   4 әsgәr  şәhid olub

Mardinin Nusaybin rayonunda terror tәşkilatı PKK-nın kustar üsulla hazırlanan bombanı partlatması nәticәsindә 4 әsgәr şәhid olub. Yaralanan 5 әsgәrin müalicәsi isә davam edir.

Bölgәdә sәhәr saatlarında bir polis әmәkdaşının da şәhid olduğu bildirilib.

Nusaybində elan edilən komendant saatından sonra terror təşkilatı PKK terrorçularının saxlanılması, yerlǝşdirilǝn partlayıcı qurğuların mǝhv edilmǝsi , qazılan xəndəklərin örtülməsi, qurulan barrikadaların götürülmәsi məqsədilə Türk Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının martın 14-dǝn etibarǝn hǝyata keçirdiklǝri birgǝ əməliyyat davam edir.

Nusaybin, Şırnak mәrkәz vә Hakkarinin Yüksәkova qәsәbәlәrindә 22 terrorçu zәrәrsizlәşdirilib.

Türk Silahlı Qüvvәlәri dә davam edәn әmәliyyatlarla әlaqәli mәlumat paylaşıb.

Әmәliyyatların başladığı gündәn indiyәdәk zәrәrsizlәşdirilәn terrorçu sayı Nusaybindә 42, Şırnakda 33, Yüksәkovada 45 olub. Hәmçinin Şırnakda bir terrorçu tәslim olub.

Qaziantәp vә Hatayda isә terror tәşkilatı DEAŞ-ın 5 üzvü yaxalanıb.



Әlaqәli Xәbәrlәr