Konyada günəş stansiyası istifadəyə verilib

Türkiyənin ən böyük günəş enerji stansiyası Konyada istifadəyə verilib.

455352
Konyada günəş stansiyası istifadəyə verilib

Türkiyənin ən böyük günəş enerji stansiyası Konyada istifadəyə verilib.

75 min günəş panelindən ibarət stansiya 20 min evin elektrik ehtiyacını ödəyə biləcək.

430 MBt gücündə olan 18 yarım meqavat gücündəki stansiya, ildə 30 milyon kilovat saatlıq elektrik enerjisi istehsal edəcək.

Bu işdə Konyanın və bu bölgənin seçilməsinin səbəbi isə yüksək günəş işığı alma gücüdür.

Türkiyə 2023-ci ilə qədər günəş və külək də başda olmaqla bu layihəyə 30 milyard dollar sərmayə yatıracaq.

Bu investisiyanın yarısının yerli istehsal avadanlığı ilə yatırılması 15 milyard dolların ölkəmizdə qalacağı deməkdir.

Bu çərçivədə artıq Türkiyədə 17 firma yerli günəş paneli istehsal edir.

Külək enerjisindən Avropada ilk 10 ölkə arasında yer alan Türkiyədə Günəş Enerjisi sərmayələrinin bu ildən etibarən artması gözlənilir.



Әlaqәli Xәbәrlәr